![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2021/9/14/1/7ad94b43-248b-4c0e-95e0-1fdb99d50e5d/dolu.jpg)
Mayın 30-u saat 16:30-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, Bakıda və rayonlarda 27-31 dərəcə isti olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Lakin Qobustan, Daşkəsən, Gədəbəydə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Saat 16:07-16:08 radələrində Daşkəsən rayonuna diametri 15 mm olan dolu düşüb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27-31, Naxçıvan MR-da 24-29, Aran rayonlarında 27-31, dağlıq rayonlarda 16-21 dərəcə isti olub.