Bu dəfə “Samsung” “Apple”ı geridə qoydu


Cənubi Koreyanın “Samsung” şirkəti bu ilin birinci rübündə “Apple”ı geridə qoyaraq, smartfon satışında dünya lideri olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Counterpoint Research” portalı məlumat yayıb.
Məlumata görə, “Apple” ötən ilin dördüncü rübündə smartfon bazarının 23%-ni tutaraq, liderliyi ələ keçirib, “Samsung” isə 16%-lə məhdudlaşıb. Lakin bu ilin birinci rübünün yekunlarına görə vəziyyət dəyişib. “Samsung” qlobal satışların 20%-ni tutaraq, birinci olub, “Apple” isə 17%-lik bazar payı ilə geridə qalıb.
Bu ilin birinci rübünün nəticələrinə görə, “Samsung” 59,4 milyon smartfon satıb. “Apple” isə ilk rübdə 50,5 milyon smartfon satsa da, şirkət satış strukturunda “iPhone Pro” modellərinin payını artıraraq, smartfonların orta satış qiymətini rekord səviyyəyə qaldırıb.
Ümumiyyətlə, birinci rübün nəticələrinə əsasən, qiyməti 800 dollardan yuxarı olan smartfon modelləri qlobal bazarda satış həcminin 18%-ni təşkil edib. “Apple” məhsulları isə tədqiqatın bütün tarixində ən populyar on smartfon modelinin yarısını təşkil edib.
Bu dövrdə “Apple”ın smartfon gəlirləri ötən illə müqayisədə 11% azalıb, “Samsung”un smartfon gəlirləri isə 2% artıb. Ən çox artım isə “Xiaomi”nin gəlirlərində qeydı alınıb: 30%. Yeri gəlmişkən, bu Çin brendinin məhsulları dünya bazarının 14%-ni tutur və faktiki olaraq siyahıda üçüncü yerdə qərarlaşır. Eyniadlı smartfonların tədarük həcmi hər il 1/3-dən çox artır.
Bütün brendlər üzrə qlobal smartfon satışlarına gəlincə, birinci rübdə satışlar 7% artıb və 296,9 milyon smartfon satılıb.
“Counterpoint Research”in məlumatına görə, süni intellekt funksiyalı smartfonlar artıq 10-dan çox istehsalçı tərəfindən buraxılıb və hazırda ümumilikdə 30-dan çox model “işıq üzü görüb”.
Ekspertlərin fikrincə, onlar bu ilin sonuna qədər qlobal bazarın 11 faizini tuta bilər.

DİGƏR XƏBƏRLƏR

Top