Yaponiya parlamenti UNO-larla bağlı komissiya yaradacaq – KİV


Yaponiya parlamentində uçan naməlum obyektlər (UNO) və naməlum hava hadisələri ilə bağlı partiyalararası komissiya yaradılacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.  
Məlumata görə, naməlum anomal hadisələrin təhlükəsizlik baxımından araşdırılması üçün deputatlar federasiyası rəsmi olaraq iyunun 6-da yaradılacaq.
Deputatlar hökumətdən mütəxəssisləri birləşdirən bir qurum yaratmağı tələb etmək niyyətindədirlər, çünki naməlum hava hadisələrinin, digər ölkələrin hansısa gizli silahı olduğu ortaya çıxarsa, bu, Yaponiyanın təhlükəsizliyi üçün təhlükə yarada bilər.
Nəşr yazır ki, deputatların niyyətlərinin ciddiliyini komissiyaya keçmiş müdafiə naziri Yasukadzu Hamadanın başçılıq etməsi, spikerin isə keçmiş ekologiya naziri, Yaponiyanın keçmiş baş naziri Cuniçiro Koizuminin oğlu – Şinciro Koizuminin olması sübut edir.

DİGƏR XƏBƏRLƏR

Top