İsrail ordusu daha 3 hərbçisini itirdi


İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı ilə döyüşlər zamanı 3 hərbçisi həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ötən gecə “Kfir” briqadasının “Naxşon” batalyonunun hətbçiləri - 20 yaşlı çavuşlar Eliya Hillel və Dieqo Harsay İordan çayının Qərb Sahilində mindikləri avtomobilə hücum nəticəsində həlak olublar.
Eyni zamanda, mətbuat xidməti Fələstin anklavının şimalındakı döyüşdə IDF paraşüt briqadasının 101-ci batalyonunun hərbçisi 21 yaşlı serjant Yedidya Merbabın həlak olması barədə məlumat yayıb.
Son məlumatları nəzərə alsaq, İsrail ordusunun Qəzza zolağında quru əməliyyatı başlayandan bəri ölən hərbçilərinin sayı 291-ə çatıb. Mətbuat xidmətinin məlumatına görə, Fələstin-İsrail münaqişəsinin yeni raundu zamanı həlak olan İsrail hərbçilərinin ümumi sayı isə 642 olub.

DİGƏR XƏBƏRLƏR

Top