ABŞ Rəisiyə görə BMT-də keçiriləcək iclası boykot edəcək – KİV


Birləşmiş Ştatlar may ayında helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisinin xatirəsinə həsr olunmuş BMT Baş Assambleyasının cümə axşamı keçiriləcək iclasını boykot etməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə mənbələrə istinadən “Reuters” məlumat yayıb.
Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi “Biz bu tədbirdə iştirak etməyəcəyik”, deyib. O hesab edir ki, “BMT İran xalqını dəstəkləməlidir, onilliklər boyu iranlılara zülm edən birinin xatirəsini hörmətlə yad etməməlidir”.
BMT Baş Assambleyasının 78-ci sessiyasının sədri Dennis Fransisin (Trinidad və Tobaqo) ofisindən TASS-a verilən məlumata görə, xatirə toplantısı mayın 30-da saat 10:00-a (Bakı vaxtı ilə 17:00) təyin edilib. Baş Assambleya ənənəvi olaraq vəzifədə olarkən vəfat etmiş hökumət liderlərinin xatirəsini yad etmək üçün belə görüşlərdə toplanır.

DİGƏR XƏBƏRLƏR

Top