Ən sağlam səhər içkisi hansıdır?


“Sağlam səhər içkiləri siyahısında su birinci yerdədir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə diyetoloq, allerqoloq-immunoloq Yelena Paretskaya “Doktor Piter” nəşrinə müsahibəsində bildirib.
Paretskaya bildirib ki, qəhvəni oxşar içki olan kasnı (tsikoriy) ilə əvəz etmək olar:
“Kasnı ilə içki daha sağlamdır, tərkibində sidikqovucu təsir göstərən kofein yoxdur, bədəni faydalı vitamin və minerallar ilə təmin edir. Narahatlığı aradan qaldırmağa, maddələr mübadiləsini sakitləşdirməyə kömək edir, qanda qlükoza səviyyəsini azaldır ki, bu da diabet xəstələri üçün xüsusilə faydalıdır. İçkini südlü və ya südsüz, şərbət və ya şəkərlə içmək olar”.
Bundan əlavə, immunoloq qeyd edib ki, kakao da enerji verən içkilərdəndir:
“Bu içkinin tərkibində təbii antioksidantlar - həzz hormonu olan serotoninin, həmçinin kalsium, maqnezium, fosfor və dəmirin ifrazını stimullaşdıran maddələr var. Şəkər və əlavələrlə olan kakao deyil, süd və ya su əlavə edilərək odda qaynadılması lazım olan kakaodan istifadə etmək vacibdir”.

DİGƏR XƏBƏRLƏR

Top