Rəisinin helikopterinin təxribat səbəbindən qəzaya düşməsi ehtimalı istisna edildi

iran helikopter qəzası ilə bağlı araşdırmanın ilkin nəticələrini açıqladı
İran prezidenti İbrahim Rəisinin helikopterinin təxribat nəticəsində yaranan partlayış nəticəsində qəzaya uğraması versiyası təkzib edilib.
Yeniavaz.com
İRİB-ə istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələri Baş Qərargahının təbii fəlakətin təhqiqatından sonra ikinci hesabatında deyilir.
“Helikopterin qalıqlarının tədqiqi nəticəsində aralarındakı məsafəyə və səpələnmə üsulunu nəzərə alaraq, uçuş zamanı və ya uçuşdan bir neçə saniyə əvvəl təxribat nəticəsində baş vermiş partlayış və ya helikopterin təpənin yamacı ilə toqquşması versiyaları istisna edilib”, - məlumatda deyir.
Qeyd edilir ki, müvafiq ekspertlərin hesabatına görə, qəzaya uğrayan helikopterdə elektron müharibənin izlərinə rast gəlinməyib.
Xatırladaq ki, mayın 20-də İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Baqeri prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahyan və onları müşayiət edən şəxslərin həlak olduğu təyyarə qəzasının səbəblərini araşdırmaq üçün komissiya yaradılması barədə göstəriş verib.

DİGƏR XƏBƏRLƏR

Top