“Kreml göstərişli nüvə partlayışı həyata keçirməlidir” – Rusiyalı politoloq


“Rusiya hakimiyyəti Ukraynadakı müharibədə Qərbin gələcək iştirakını dayandırmaq üçün öz uzaqlaşdırma siyasətini kəskin şəkildə gücləndirməli və göstərişli nüvə partlayışı həyata keçirməlidir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə politoloq Dmitri Suslovun “Profil” jurnalında dərc olunan məqaləsində deyilir.
Müəllifin “Nümayiş xarakterli nüvə partlayışı haqqında düşünməyin vaxtıdır” başlıqlı məqaləsində yazdığı kimi, Ukraynadakı vəziyyət o yerə gətirib çıxarır ki, ABŞ və müttəfiqləri tezliklə Kiyevə Qərb silahları ilə Rusiyaya hücum etməyə icazə verə bilər:
“Rusiyanın niyyətlərinin ciddiliyini təsdiqləmək və opponentlərimizi Moskvanın eskalasiyaya hazır olduğuna inandırmaq üçün nümayiş (yəni qeyri-döyüş) nüvə partlayışı keçirməyi düşünməyə dəyər. Dünyanın bütün televiziya kanallarında canlı yayımlanacaq nüvə göbələyinin siyasi və psixoloji təsiri, ümid edirəm ki, Qərb siyasətçilərinə 1945-ci ildən sonra böyük dövlətlər arasında müharibələrin qarşısını alan və indi böyük ölçüdə itirdikləri yeganə şeyi geri verəcək: nüvə müharibəsi qorxusunu”.
Qeyd edək ki, 2023-cü ilin iyununda Dmitri Suslovun Ali İqtisadiyyat Məktəbində və Xarici və Müdafiə Siyasəti Şurasında birlikdə işlədiyi politoloq Sergey Karaqanovla “Profil” jurnalında “Çətin, lakin zəruri qərar” adlı məqalə dərc edib.  Məqalədə Ukraynada qələbə qazanmaq üçün Rusiyanın Qərbin iradəsini qırmaq üçün Avropaya önləyici nüvə zərbəsi vurmalı olduğunu bildirib. Karaqanovun fikrincə, bu, qlobal nüvə müharibəsinə səbəb olmazdı, çünki ABŞ müttəfiqlərinin müdafiəsinə qalxmayacaqdır. Tezliklə digər üzvlər Rusiyanın önləyici nüvə zərbəsinə qarşı çıxan bəyanatla çıxış edib.

DİGƏR XƏBƏRLƏR

Top