Rusiya İsraili fələstinlilərə qarşı hərbi cinayətləri dayandırmağa çağırdı


Rusiya İsraili fələstinlilərə qarşı hərbi cinayətləri dayandırmağa çağırıb.
Yeniavaz.com
xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının iclasında Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin müavini Anna Evstiqneyeva deyib.
“Biz də öz növbəmizdə Rafahdakı məcburi köçkün düşərgəsinə edilən hava hücumunu pisləyirik və Qərbi Qüdsü Fələstin xalqına qarşı bu hərbi cinayətlərə son qoymağa çağırırıq. Biz İsraildən beynəlxalq humanitar hüququn müddəalarına ciddi əməl olunmasını tələb edirik. BMT əməkdaşlarına və yerdəki humanitar işçilərə hücumlar qəbuledilməzdir”, - Evstiqneyeva bildirib.
Qeyd edək ki, bazar ertəsi gecə İsrail hərbçiləri Rəfahı vurub və ən azı səkkiz raket BMT-nin Fələstinli Qaçqınlara Yardım və İş Agentliyinin Yaxın Şərqdəki anbarının yanında qurulan Tell es-Sultan bölgəsindəki çadır düşərgəsinə tuş gəlib. Çadır şəhərciyində yanğın baş verib. WAFA agentliyinin verdiyi son məlumatlara görə, basqın nəticəsində azı 40 nəfər həlak olub, qurbanların əksəriyyəti qadın və uşaqlardır. İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti Baş Qərargahın zərbə bölgəsində mülki vətəndaşların ölüm halları ilə bağlı araşdırmaya başladığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top