Fatimə Mövlamlı və Nicat İsmayıl sərbəst buraxıldı – Yenilənib


Qəbələdə saxlanılan bloger Fatima Mövlamlı və ictimai fəal Nicat Ismayıl ilə polis tərəfindən profilaktiki iş aparılıb və onlar sərbəst buraxılıblar.
Yeniavaz.com
“Report”a istinadən xəbər verir ki, bu barədə DİN Mətuat Xidmətinin regional qrupundan məlumat verilib.

***16:42
Jurnalist Fatimə Mövlamlı və ictimai fəal Nicat İsmayıl Qəbələ rayonunda saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onların yaxınları sosial şəbəkələr vasitəsilə məlumat yayıblar.
DİN-in Mətbuat Xidmətinin regional qrupunun yaydığı məlumatda bildirilir ki, F. Mövlamlı və Nicat İsmayıl ictimai yerdə nalayiq hərəkətlərə görə polis şöbəsinə dəvət olunublar.
“İctimai qayda pozuntusuna yol verən həmin şəxslər barəsində qanunamüvafiq tədbir görüləcək”, - DİN-in məlumatında deyilir.

DİGƏR XƏBƏRLƏR

Top