ABŞ oğurlanmış 60 milyon avroluq sənət əsərlərini İtaliyaya qaytardı


ABŞ illər əvvəl oğurlanaraq, Amerika muzeylərinə, qalereyalarına və şəxsi kolleksiyalara satılan təxminən 60 milyon avroluq 600-ə yaxın sənət əsərini İtaliyaya qaytarıb.
Yeniavaz.com
“Associated Press” agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin İtaliyadakı səfiri Cek Markell “X” sosial şəbəkə səhifəsində məlumat verib.
“İtaliya Mədəni İrsin Mühafizəsi İdarəsi və ABŞ Daxili Təhlükəsizlik Departamentinin əməkdaşlığı sayəsində biz bu gün oğurlanmış 600 sənət əsərini ABŞ-dən İtaliyaya qaytardıq”, - deyə Markell bildirib.
Onun sözlərinə görə, ABŞ-nin İtaliyaya qaytardığı artefaktlar arasında bürünc heykəllər, qızıl sikkələr, mozaikalar və eramızdan əvvəl 9-cu əsrdən eramızın 2-ci əsrinə qədər əlyazmalar, eləcə də 16-cı əsrdən 19-cu əsrə qədər yağlı boya ilə çəkilmiş rəsmlər var.
Ancaq İtaliya ilə ABŞ-dəki “Getti” Muzeyi arasında illərdir məhkəmə çəkişmələrinin mövzusu olan qədim “Fanolu idmançı” yunan bürünc heykəlini qaytarmaq mümkün olmayıb.
Qeyd edək ki, İtaliya tərəfindən mədəni sərvətlərin repatriasiyasının ən məşhur hadisələrindən biri 2007-ci ildə 1970-ci illərdə oğurlanaraq “Getti” Muzeyinə satılan məşhur “Morqantina Venerası” heykəlinin geri qaytarılması olub. Bu, eramızdan əvvəl 5-ci əsrdə hazırlanmış qədim yunan heykəltəraşlığının görkəmli nümunəsidir.

DİGƏR XƏBƏRLƏR

Top