Qoyunların idxalı kəskin azalıb


Bu ilin ilk rübü ərzində xaricdən Azərbaycana 650 baş qoyun gətirilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan bir baş qoyunun orta gömrük dəyəri 160,5 manat (94,4 dollar) olub.
Qeyd edək ki, ölkəyə idxal olunan qoyunların sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22 dəfə azalıb. Belə ki, ötən ilin ilk rübü ərzində xaricdən Azərbaycana 14 min 184 baş qoyun idxal edilib.
Məlumat üçün onu da bildirək ki, idxal olunan qoyunların 480-i Gürcüstandan, 170-i isə Rusiyadan gətirilib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top