“Nə vaxtsa, İtaliyaya getsəm, “Milan”a gedəcəyəm” – Mbappe


Fransalı hücumçu Kilian Mbappe İtaliya çempionatının hansı komandasında oynamaq istədiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsindəki səhifəsində onun sözlərinə istinadla məlumat yayıb.
“Nə baş verə biləcəyini heç vaxt bilmirsən. Mən həmişə deyirəm: “Nə vaxtsa, İtaliyaya getsəm, “Milan”a gedəcəyəm”, - Mbappe bildirib.
O, uşaqlıqda “Milan”ın böyük fanatı olduğunu da deyib.
“Uşaqlıqda mən “Milan”ın böyük fanatı idim və bu gün də “Milan”ın hər oyununa baxıram”, - fransalı futbolçu vurğulayıb.
Qeyd edək ki, mayın 10-da Mbappe 2023/24 mövsümü başa çatdıqdan sonra PSJ-dən ayrılacağını açıqlayıb. Müqaviləsi 2024-cü il iyunun 30-da başa çatdığı üçün forvard azad agent kimi Fransa klubundan ayrılacaq.
Xatırladaq ki, Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. Əvvəllər o, yetirməsi olduğu “Monako”nun rənglərini qoruyub. Mətbuatın yazdığına görə, 2024-cü ilin qışında forvard Fransa klubu ilə müqavilə başa çatdıqdan sonra “Real Madrid”ə keçməyə qərar verib.
Artıq “Santyaqo Bernabeu”da fransız forvardın təsviri olan şərflər satılmağa başlayıb. Ancaq keçid hələ rəsmi olaraq açıqlanmayıb. Bunun 2024-cü ilin iyununda baş verəcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top