Mustafa Abbasbəyli vəzifədən azad edildi


Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli vəzifəsindən azad edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Report”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Qeyd edilib ki, M.Abbasbəylinin işdən azad olunmasının səbəbi başqa işə keçməsidir.
Onun Mədəniyyət Nazirliyi Aparatının rəhbəri təyin olunduğu bildirilir.
Xatırladaq ki, Mustafa Abbasbəyli 2020-ci il iyulun 2-dən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışırdı.

DİGƏR XƏBƏRLƏR

Top