Aleks karyerasını Türkiyədə davam etdirəcək


“Fənərbağça”nın braziliyalı əfsanəsi Aleks de Souza məşqçilik karyerasını Türkiyədə davam etdirəcək.
Yeniavaz.com
xəbər verir ki, o, ötən gecə Antalyaya gəlib və burada onu “Biteksen Antalyaspor”un səlahiyyətliləri, həmçinin bir qrup azarkeş qarşılayıb.
Aleks jurnalistlərə açıqlamasında yenidən Türkiyəyə gəldiyi üçün çox xoşbəxt olduğunu bildirib.
“İşimizə baxacağıq. Komanda üçün yaxşı işlər görməyə çalışacağıq”, - deyə Aleks bildirib.
Onunla bu gün ərzində rəsmi müqavilə bağlanması gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top