“Sülh müqaviləsi istənilən gün imzalana bilər” – Paşinyan


“Sülh müqaviləsi istənilən gün imzalana bilər və hər gün bunun üçün əla fürsətdir”.
Yeniavaz.com
“Sputnik Armenia”ya istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, tərəflər əvvəllər Praqa və Brüsseldə ümumi prinsiplər barədə razılığa gəliblər, lakin indi bu prinsipləri kağız üzərində təkrarlamaq lazımdır.
“Məsələ ondadır ki, sülh müqaviləsinin mətni üzrə razılığa gəlmək lazımdır. Ümid edirəm ki, razılıq əldə olunacaq, daha dəqiq desək, bu razılaşma 2022-ci il oktyabrın 6-da Praqada, sonra Soçidə, daha sonra Brüsseldə əldə olunub. Əsas prinsiplər razılaşdırılıb, onların sülh müqaviləsinin mətnində təkrarlanması qalır; Hesab edirəm ki, bizim bu işi tez bir zamanda başa çatdırmaq imkanımız var”, - Paşinyan bildirib.
“İşin başa çatdığını və imzalamaya keçmək mümkün oluğunu görəndə, yeri, vaxtı və s. məsələləri müzakirə edəcəyik”, - o əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top