Sığorta yığımları 75 milyon manat artıb


Bu ilin ilk 4 ayı ərzində ölkədə fəaliyyət göstərən 17 sığorta şirkəti tərəfindən 542,8 milyon manat sığorta haqqı yığılıb.
Yeniavaz.com
Mərkəzi Bankdan açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə yığılan sığorta haqqı 16,1% və ya 75,3 milyon manat artıb.
Ən çox sığorta haqqı toplayan şirkətlərin ilk üçlüyünü 256,1 milyon manatlıq yığımla “Paşa Həyat Sığorta”, 133,6 milyon manatlıq yığımla “Paşa  Sığorta” və 36,2 milyon manatlıq yığım ilə “Qala Sığorta” şirkətləri tamamlayır.
Ən az sığorta haqqı toplayan şirkətlər isə 1,1 milyon manatlıq yığımla "Bakı Sığorta”, 1,2 milyon manatlıq yığımla “İpək Yolu Sığorta” və 2,7 milyon manatlıq yığımla “Meqa Həyat Sığorta” şirkətləri olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top