Bank kartından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı


Bank kartından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, mayın 23-də Bakı şəhər sakini olan bir şəxsin bank kartından 914 manatının oğurlanması barədə Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə məlumat daxil olub.
“Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Turan Namazlı müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır”.

DİGƏR XƏBƏRLƏR

Top