Pakistanda avtobus qəzası: 28 nəfər öldü


Pakistanın Bəlucistan əyalətində avtobusun qəzaya uğraması nəticəsində azı 28 nəfər ölüb, 20-yə yaxın adam yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Daily Pakistan” qəzeti məlumat yayıb.
Bildirilib ki, avtobus Qvadar-Kvetta marşrutu ilə hərəkət edib. İlkin versiyaya görə, avtobusun təkəri partlayıb, bundan sonra o, yoldan çıxaraq aşıb.
Hadisə yerinə xilasedicilər gəlib, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top