“Qarabağ” və “Zirə" Azərbaycan Kubokunda 37-ci dəfə üz-üzə gələcək


Azərbaycan Kubokunun finalında üz-üzə gələcək “Qarabağ”la “Zirə” 37-ci dəfə qarşılaşacaq.
Yeniavaz.com
Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, komandalar indiyədək 36 dəfə görüşüblər.
Bu matçlardan 35-i Premyer Liqa, 1-i kuboka təsadüf edib. Ağdam təmsilçisi 23, bakılılar isə 1 dəfə qalib gəlib. 12 qarşılaşma heç-heçə bitib.
Yeganə kubok görüşündə də sülh qeydə alınıb. İki il əvvəl finalda üz-üzə gələn rəqiblər kubokun taleyinə penaltilər seriyasında aydınlıq gətiriblər. Daha dəqiq olan “Qarabağ” titula yiyələnib.
Əvvəlki matçlarda Qurban Qurbanovun komandası 71, "Zirə" 18 qola imza atıb.
Qeyd edək ki, "Qarabağ" və "Zirə" komandaları arasında Azərbaycan Kubokunun final matçı iyun ayının 2-də saat 20:00-da Mərdəkan qəsəbəsindəki “Liv Bona Dea Arena”da  ("Dalğa Arena") baş tutacaq. 

DİGƏR XƏBƏRLƏR

Top