
İsrail Qədim Əsərlər İdarəsi və Tel-Əviv Universitetinin Qüdsdəki Davud şəhəri ərazisində birgə qazıntıları zamanı 2300 yaşı olduğu təxmin edilən daşlı qızıl üzük aşkar edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail hökumətinin mətbuat xidmətinin yaydığı Qədim Əşyalar İdarəsinin bəyanatında deyilir.
“Üzük çox kiçikdir. O, qadının kiçik barmağına, ya da gənc qızın və ya oğlanın barmağına uyğundur”, - arxeoloqlar bildirib.
Bildirilir ki, üslub baxımından o, fars və erkən ellinizm dövrlərinin ümumi dəbini əks etdirir:
“Eramızdan əvvəl 4-cü əsrin sonu - III əsrin əvvəlləri və sonrakı dövrlərə aiddir. Bu dövrdə insanlar bəzəkli naxışlara deyil, daşdan düzəldilmiş qızıla üstünlük verməyə başlayıblar”.