
28 may saat 12:00-a olan məlumata əsasən Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, hidroloji məntəqədən əldə olunan məlumata görə, hazırda çayda suyun səviyyəsi 497 sm təşkil edir.
Xatırladaq ki, qonşu ölkələrin ərazisinə yağan intensiv yağışlar nəticəsində mayın 26-da Kür çayının Ağstafa rayonu ərazisindən keçən Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi kəskin artmışdı.
Tətbiqimizi yükləyə bilərsiniz