“İran Rusiyanı ən son hava bombaları ilə təmin edib” – “Bild”


“İran Rusiyanı ən son “Qaem-5” idarə olunan bombalarla təchiz etməyə başlayıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Nəşrin hərbi eksperti Culian Repke ötən həftə sonu Kursk vilayətində qəzaya uğrayan İranın ağır pilotsuz təyyarəsi “Mohajer-6”nın qəzaya uğradığı yerdən olan videogörüntüləri təhlil etdikdən sonra belə qənaətə gəlib.
Ehtimallara görə, pilotsuz təyyarə Ukraynanın Sumı vilayətinə hücum etməli idi, lakin hədəfə çata bilməyib və yerə düşüb. Görüntülərə əsasən, pilotsuz təyyarədə Rusiya ordusunun Ukrayna ilə müharibədə əvvəllər istifadə etmədiyi “Qaem-5” hava bombaları olub.
Ekspertin fikrincə, bu cür hava bombalarından istifadə Tehran və Moskva arasında hərbi əməkdaşlığın yeni səviyyəyə çıxdığını göstərə bilər.
BBC Rus Xidməti qeyd edir ki, zahiri görünüşünə görə, foto və videodakı döyüş sursatları həqiqətən də “Qaem-5”ə çox bənzəyir. Bu bomba müxtəlif növ döyüş başlıqları ilə təchiz oluna bilər. Onun elan edilmiş uçuş məsafəsi 40 kilometrə qədərdir. İranda 2019-cu ilin avqustunda istifadəyə verilib.

DİGƏR XƏBƏRLƏR

Top