Rusiya Xankəndidə konsulluq açmaq istəyir


Rusiya Xankəndidə baş konsulluq açmaq istəyir.
Yeniavaz.com
xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin deyib.
“Bizim ikitərəfli məsələlərdən Xankəndində baş konsulluğun açılmasını qeyd edərdim ki, biz bunun üçün yaxın vaxtlarda hazırlıq işlərinə başlamağı planlaşdırırıq və sizin dəstəyinizə ümid edirik”, - Karasin azərbaycanlı həmkarlarına müraciət edib.
Onun sözlərinə görə, bu baş konsulluğun 2024-cü ildə açılması ideal olardı.

DİGƏR XƏBƏRLƏR

Top