
Belarus Hava Hücumundan Müdafiə Qüvvələri və Rusiya Hərbi Kosmik Qüvvələri vahid regional hava hücumundan müdafiə sisteminin təkmilləşdirilməsi çərçivəsində birgə taktiki-uçuş təlimlərinə başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlərə aviasiya hərbi hissələri, Belarus Silahlı Qüvvələrinin zenit, raket və radiotexniki qoşun hissələri, Rusiya Aerokosmik Qüvvələrinin kəşfiyyat, qırıcı və ordu aviasiya ekipajları cəlb olunub.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təlimlər dövlət və hərbi obyektləri hava hücumlarından qorumaq problemlərinin həllinə yönəlib. Təlimlər mayın 31-dək davam edəcək.