“Şimali Koreyanın raketi Sarı dəniz üzərində parçalara ayrıldı” – “Yonhap”


KXDR tərəfindən buraxılan raket Xalq Cümhuriyyəti tərəfində Sarı dəniz üzərində çoxsaylı parçalara parçalanıb.
Yeniavaz.com “Yonhap”a istinadən xəbər verir ki, bu barədə Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi məlumat yayıb.
“Bu raket saat 22:46-da (Bakı vaxtı ilə 17:46 – red.) Şimali Koreyanın suları üzərində çoxsaylı fraqmentlər kimi aşkar edilib. Koreya Respublikası və ABŞ-nin kəşfiyyat orqanları uçuşun qayda üzrə olub-olmamasını təhlil edir. Hərbçilərimiz, təxminlərimizə görə, Şimali Koreyanın kəşfiyyat peyki adlandırdığı bir peykin orbitə buraxılmasının izlərini qeydə aldı”, - komitədən bildiriblər.
Yaponiyanın NHK telekanalı bundan əvvəl Çin və KXDR sərhədi yaxınlığında səmada partlayışa bənzər parlaq parıltının görüntülərini paylaşıb.
Qeyd edək ki, Şimali Koreya Yaponiyanı mayın 27-dən iyunun 4-dək peyki buraxmaq planları barədə məlumat verib. 

DİGƏR XƏBƏRLƏR

Top