
“1980-ci il hərbi çevrilişindən sonra qəbul edilmiş hazırkı konstitusiyanın əvəzinə yeni konstitusiya qəbul etmək lazımdır”.
Yeniavaz.com “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı deyib.
“Bu ölkədə çevrilişlər və müharibə memorandumları vaxtı arxada qalıb. Mövcud konstitusiya siyasətə inamı sarsıdır, Türkiyə bununla irəli gedə bilməz”, - Ərdoğan bildirib.
Türkiyə prezidenti bir daha keçmiş baş nazir Adnan Menderes və onun iki hökumət nazirinin 1961-ci ildə hərbi çevrilişdən sonra edam edildiyi İstanbul yaxınlığındakı Mərmərə dənizində “demokratiya və azadlıq adası”nda yeni konstitusiya qəbulu təşəbbüsünü ifadə edib.
Prezidentin sözlərinə görə, hazırkı konstitusiya nəinki Türkiyənin bugünkü reallıqlarını əks etdirmir, həm də biabırçılıqdır.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş daha əvvəl bildirib ki, yeni konstitusiyanın mətni ilə bağlı təkliflər layihəsi, ehtimal ki, payız sessiyasının başlaması ilə oktyabrda Məclisin gündəliyinə daxil ediləcək.
Tətbiqimizi yükləyə bilərsiniz