
İngiltərə millisinin sabiq qapıçısı Co Hart 37 yaşında peşəkar karyerasını başa vurub.
Yeniavaz.com xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.
Məlumata görə, Hartın son klubu Şotlandiyanın “Seltik”i olub. Məşhur qapıçı klubla üç mövsümdə iki dəfə Şotlandiya çempionu olub, iki dəfə Şotlandiya liqa kubokunu və bir dəfə Şotlandiya Kubokunu qazanıb.
“Mançester Siti”nin üzvü olduğu 12 il ərzində isə Co Hart iki dəfə İngiltərə çempionu adını alıb, iki dəfə İngiltərə liqa kubokunun və bir dəfə İngiltərə Kubokunun qalibi olub.
Digər tərəfdən, Hart İngiltərə millisində 75 oyun keçirib.
Tətbiqimizi yükləyə bilərsiniz