
Dəqiqləşdirmə prosesinin sonunda ölkə üzrə seçicilərin vahid siyahısına 619 məntəqə üzrə 6 milyon 326 min 764 seçicinin adı daxil edilib.
Yeniavaz.com AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov (MSK) MSK-nın mayın 27-də keçirilən iclasında açıqlayıb.
O bildirib ki, sözügedən seçicilərin 47,55 faizi kişi, 52,45 faizi isə qadınlardır:
“Ən çox seçici 30-39 yaş aralığındadır, onlar 23,77 faiz təşkil edir.
O bildirib ki, ən yaşlı qadın seçicinin - Əzizova Tamam Əli qızının 134 yaşı var və 1890-cı il təvəllüdlüdür. Ən yaşlı kişi seçici isə 1915-ci il təvəllüdlü, 108 yaşlı Hilal İbrahimovdur”.
Tətbiqimizi yükləyə bilərsiniz