Rusiya ordusu Xarkovda daha bir kəndi işğal edib


Rusiya ordusu Xarkov vilayətinin İvanovka kəndini ələ keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələri ilə yaşayış məntəqəsi uğrunda gedən döyüşdə “Qərb” qoşun qruplaşmasının birləşmələri iştirak edib.
“Ukrayna Silahlı Qüvvələri 405-ə qədər hərbçisini, bir piyada döyüş maşınını və beş texnikasını itirib”, - deyə Rusiyanın Müdafiə Nazirliyi əlavə edib.
Qeyd olunub ki, rus qoşunları sözügedən yaşayış məntəqəsini işğal etməklə daha əlverişli mövqe tutmağa nail olublar.

DİGƏR XƏBƏRLƏR

Top