Fransa Yeni Kaledoniyada fövqəladə vəziyyəti ləğv edir


Fransa hakimiyyəti Yeni Kaledoniyada iğtişaşlarla əlaqədar mayın 15-də tətbiq edilən fövqəladə vəziyyəti ləğv etmək qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fransanın Xarici Ərazi üzrə Sakit Okeandakı Ali Komissarlığının ofisi tərəfindən dərc edilən bəyanatda qeyd edilib.
“Son 24 saat ərzində vəziyyətin sabitləşməsi tendensiyası müşahidə olunur. Yeni Kaledoniyada fövqəladə vəziyyət mayın 28-də yerli vaxtla saat 5:00-dan ləğv ediləcək”, - deyə bəyanatda bildirilib.
Eyni zamanda, hüquq-mühafizə orqanları yüksək döyüş hazırlığı vəziyyətində olmaqda davam edəcək. Ancaq buna baxmayaraq, hakimiyyət hələlik axşam və gecə saatlarında qüvvədə olan komendant saatını ləğv etmək niyyətində deyil.
“İğtişaşların yatırılması zamanı 460-dan çox iğtişaşçı saxlanılıb. 2 jandarm olmaqla, 122 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb”, - deyə Ali Komissarlığın məlumatında qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top