Zelenski İspaniyaya gedir


Ukrayna Prezidenti Volodimir Zelenski mayın 27-də İspaniyaya səfər edəcək və burada ölkənin Baş naziri Pedro Sançeslə görüşəcək.
Yeniavaz.com
AFP agentliyinə istinadla xəbər verir ki, bu barədə İspaniya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
“Volodimir Zelenski bazar ertəsi İspaniyaya səfər edəcək və burada onu İspaniyanın Baş naziri Pedro Sançes qəbul edəcək”, - deyə məlumatda bildirilib.
Mətbuat xidmətinin məlumatına görə, Sançes Zelenskini yerli vaxtla günorta (Bakı vaxtı ilə saat 14:00) qəbul edəcək, bundan sonra mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, mayın 15-də Zelenski cəbhədəki vəziyyətə görə İspaniya və Portuqaliya səfərlərini ləğv etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top