Xankəndinin keçmiş qondarma meri həbs edildi


Xankəndinin keçmiş qondarma meri David Sarkisyan 20 sutka həbs edilib.
Yeniavaz.com
“Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə vəkil Ruben Melikyan sosial şəbəkələr vasitəsilə məlumat yayıb.
Məlumata görə, bundan əvvəl təhlükəsizlik qüvvələri Sarkisyanın evində axtarış aparıb. O və daha 3 nəfər saxlanılaraq, dələduzluqda və 4 avtomobildən oğurluqda ittiham olunub.
İstintaq davam edir.
Qeyd edək ki, mayın 23-də Əsgəranın keçmiş qondarma meri Hayk Şamiryanın İrəvanda saxlanıldığı barədə məlumat yayılıb. Şamiryanın mənzilində axtarış aparılıb və mayın 24-də onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Mayın 25-də isə Ağdərənin keçmiş qondarma meri Mişa Qurcyanın saxlanıldığı xəbəri yayılıb. Onun külli miqdarda əmlakı mənimsəməkdə şübhəli bilindiyi deyilir.

DİGƏR XƏBƏRLƏR

Top