“Fransa tərəfi nəinki üzr istəməyib, hətta kampaniya daha da genişləndirilib”


“Fransa tərəfi bu kimi məsuliyyətsiz və qəbuledilməz açıqlamalara görə nəinki üzrxahlıq diləməyib, hətta “Le Point” və digər bu kimi yerli Fransa mətbuatında Azərbaycana qarşı qarayaxma kampaniyasını daha da genişləndirib”.
Yeniavaz.com
xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa tərəfinin Azərbaycanı “diktatura” adlandırması məsələsi ilə bağlı yerli medianın sualını cavablandırarkən deyib.
“Bu ölkənin “demokratiya” pərdəsinə bürünərək Azərbaycana qarşı həyata keçirdiyi kampaniya Fransanın xarici siyasətinin uğursuzluğunun ört-basdır edilməsi cəhdirir.
Bununla yanaşı, dünyaya “demokratiya dərsi” keçməyə çalışan Fransanın beynəlxalq hüquqi pozuntuları, neo-kolonial siyasəti, irqçilik, diskriminasiya, islamofobia, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur. Buna görə də, Azərbaycanı “diktatura” adlandırmazdan əvvəl, Fransanın bu fəaliyyətindən dərs çıxarması faydalı olardı.
Fransa tərəfi əmin olmalıdır ki, ölkəmizə qarşı həyata keçirdiyi kampaniya, səsləndirilən nalayiq ifadələr və təxribatlar cavabsız qalmayacaq”, - A. Hacızadə bildirib.
Xatırladaq ki, 16 may tarixində Fransanın daxili işlər naziri Jerald Darmanan Azərbaycanı “diktatura” adlandırdıqdan sonra, rəsmi Bakı Fransa tərəfindən bu açıqlamaya görə üzr istəməsini tələb etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top