Banklar hansı sahələrə nə qədər kredit ayırıblar?


Bu ilin may ayının əvvəlinə olan sonuncu məlumata görə, ən çox kredit qoyuluşu hər zaman olduğu kimi ev təsərrüfatlarına (istehlak kreditləri) olub.
Yeniavaz.com
Mərkəzi Bankın açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, ev təsərrüfatlarına verilən kreditlər ümumi kreditlərin 55%-nə bərabər olub. Bu növ kreditlər üzrə kəskin artım baş verib. Ötən ilin may ayının əvvəlində istehlak kreditlərinin həcmi 11,7 milyard manat olduğu halda, bu ilin eyni dövründə 14,3 milyard manata yüksəlib.
Bundan başqa ümumi kreditlərin 3 milyard 711,8 milyon manatı ticarət və xidmət sektoruna ayrılıb.
Banklar tərəfindən inşaat və əmlak sektoruna 1 milyard 164,5 milyon manat kredit yönəldilib. Nəqliyyat və rabitə sektorunun maliyyələşdirilməsinə 1 milyard 542,3 milyon manat, sənaye və istehsal sektoruna 1 milyard 397,5 milyon manat, kənd təsərrüfatı və emal sektoruna 426,6 milyon manat kredit ayrılıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top