Gürcüstanda parlament Zurabişvilinin vetosunu aradan qaldırmaq üçün prosesi başlatdı


Gürcüstan parlamentinin Hüquq Məsələləri Komitəsi Gürcüstan Prezidenti Salome Zurabişvilinin xarici agentlər haqqında qanuna qoyduğu vetonu ləğv etmək üçün proseduru başladıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat qanunverici orqanın internet saytında dərc olunub.
Məlumata görə, çıxışçı prezidentin parlament katibi Georgi Msxiladzedir. O, deputatları Zurabişvilinin qanunla bağlı əsaslandırılmış fikirləri ilə tanış edir. Dövlət başçısı xüsusilə qanunun qüvvəyə mindikdən dərhal sonra ləğv edilməsini tələb edir.
Komitənin iclasında müxalifət nümayəndələri də iştirak edir. Veto müzakirəsi müxalifət deputatları ilə hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının nümayəndələri arasında qızğın siyasi debatlar fonunda keçirilir.
Əgər komitə prezidentin vetosunun ləğvini təsdiqləsə, məsələ mayın 28-də keçiriləcək plenar iclasda səsverməyə çıxarılacaq.

DİGƏR XƏBƏRLƏR

Top