İsrail ordusunun itkiləri 636-ya çatdı


Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı ilə döyüşlər zamanı İsrail Müdafiə Qüvvələrinin (IDF) iki hərbçisi həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, “Givati” briqadasının “Rotem” batalyonundan çavuş Sahar Suday Qəzza zolağının şimalındakı döyüşdə, “Kfir” briqadasının “Netsax Yehuda” batalyonundan çavuş  Betsalel Zvi Kovaç isə Fələstin anklavının şimalında keçən həftə döyüşdə aldığı yaralardan xəstəxanada ölüb.
Son məlumatları nəzərə alsaq, Qəzzaya qurudan hücum başlayandan bəri həlak olan İsrail hərbçilərinin sayı 284-yə çatıb. Fələstin-İsrail münaqişəsinin yeni raundu zamanı itkilərin ümumi sayı isə 636 olub.

DİGƏR XƏBƏRLƏR

Top