Ermənistanda 137 etirazçı saxlanıldı


Ermənistan polisi ölkə boyu küçə və magistral yolları bağlayan 137 etirazçını saxlayıb.
Yeniavaz.com
“Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Saxlanılanların hamısı polisin qanuni tələblərinə tabe olmayanlardır”, - nazirlikdən bildirilib.
Qeyd edək ki, bu gün səhər arxiyepiskop Baqrat Qalstanyanın başçılıq etdiyi “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları Ermənistanın paytaxtında və regionlarında vətəndaş itaətsizliyi aksiyaları keçirir. Etirazçılar İrəvanda dövlətlərarası magistral yolları, rayonlararası yolları və küçələri bağlayırlar.

DİGƏR XƏBƏRLƏR

Top