Bakıda havada tozun miqdarı normadan 3,2 dəfə çoxdur – Rəsmi


Avtomatik meteoroloji stansiyalardan əldə olunan məlumatlara görə, hazırda Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 2,8-3,2 dəfə çoxdur.
Yeniavaz.com
xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.
“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və sinoptik şəraitlə əlaqədar olaraq şimal-qərb istiqamətli küləyin təsiri nəticəsində gün ərzində tozun miqdarının tədricən azalacağı gözlənilir”.
Qeyd olunur ki, dünən saat 22:00 radələrində havada tozun miqdarının normadan 3-3,5 dəfə yüksək olduğu qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top