İrəvanda aksiyalar başladı – Saxlanılanlar var


Müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə Ermənistanın müxtəlif yerlərində səhər tezdən vətəndaş itaətsizliyi aksiyaları başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə müxalif mövqeli “Srbazan paykar” (“Müqəddəs mübarizə”) “Telegram”kanalı məlumat yayıb.
Bildirilir ki, aksiya iştirakçıları Əştərək şəhəri ərazisində İrana gedən dövlətlərarası avtomobil yolunu bağlayıblar.
Qeyd olunur ki, paytaxt İrəvanda da bağlı küçələr var. Müxalifət Baş nazir Nikol Paşinyanın istefasını tələb edir.
TASS yazır ki, polis İrəvanın mərkəzində Abovyan küçəsini bağlamağa cəhd edən onlarla vətəndaşı saxlayıb.

DİGƏR XƏBƏRLƏR

Top