
Bərpa edilmiş Notr-Dam kilsəsi 8 dekabr 2024-cü ildə ziyarətçilərin üzünə açılacaq.
Yeniavaz.com xəbər verir ki, bunu Berlində alman konstitusiyasının 75 illiyinə həsr olunmuş tədbirdə çıxış edən Fransa Prezidenti Emmanuel Makron deyib.
“Dekabrın 8-də biz Notr-Damı yenidən açacağıq və hər kəs onu ziyarət edə biləcək”, - Makron bildirib.
Xatırladaq ki, 2019-cu il aprelin 15-də Notr-Dam kilsəsində yanğın baş verib. Alov dam örtüyünü məhv edib və yanğın 15 saatdan çox davam edib. Makron ilk daşı 1163-cü ildə qoyulan kafedralın bərpasını əmr edib.
Tətbiqimizi yükləyə bilərsiniz