“Rusiya kəşfiyyat xidmətləri Avropada təxribat kampaniyasını gücləndirib” – NYT


“Rusiya kəşfiyyat xidmətləri son vaxtlar Avropada yandırma və ya yandırmağa cəhd kimi kiçik təxribat əməliyyatlarının həyata keçirilməsində fəallaşı”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatındakı mənbələrə istinadən “The New York Times” məlumat yayıb.
Nəşrin həmsöhbətləri hesab edirlər ki, bu cür hadisələr təsadüfi görünsə də, onlar Ukraynaya dəstəkdən Avropada guya artan narazılıq görüntüsü və Ukrayna hərbçilərinin silah təchizatına maneələr yaratmaq məqsədi daşıyır.
Belə təxribata misal olaraq Böyük Britaniyada anbarın, Polşada boya zavodunun, Latviyada binanın və Litvada IKEA mağazasının yandırılması göstərilib.
NYT yazır ki, Avropa və Amerika kəşfiyyat agentlikləri hesab edir ki, söhbət koordinasiyalı kampaniyadan gedir, onun arxasında Rusiya Baş Kəşfiyyat İdarəsi dayanır.
Nəşrin mənbələrinə görə, bu cür təxribat, digər məsələlərlə yanaşı, Avropa ölkələrini bütün silah tədarükü zəncirinin təhlükəsizliyini artırmağa məcbur etmək, bununla da xərcləri artırmaq və Ukraynaya hərbi yardımın göstərilməsi tempini ləngitmək məqsədi daşıya bilər.
Qeyd edilir ki, Rusiya kəşfiyyat xidmətlərinin arxasında olduğu güman edilən təxribat hücumlarının sayının artması NATO-ya üzv ölkələrin nümayəndələrinin ABŞ Milli Kəşfiyyatının rəhbəri ilə iyunda keçirilməsi planlaşdırılan görüşündə müzakirə olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top