
Ermənistanın Lori və Tavuş rayonlarında Debed və Ağstev çaylarının məcrasından çıxması nəticəsində bir sıra yaşayış məntəqələrində körpülər və yollar dağılıb, evləri su basıb.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Tavuş və Loridə təbii fəlakət zonasından 190 nəfər təxliyə edilib, 73 nəfər xilas edilib.
Bundan başqa, Sənahin körpüsünün ərazisində şəxsiyyəti hələlik müəyyən edilməyən vətəndaşın meyitini aşkar edilib.
Kəmərin su basması səbəbindən Ermənistanın şimalında 16 kənd və şəhərə suyun verilməsi dayandırılıb.
Tətbiqimizi yükləyə bilərsiniz