
“HƏMAS Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhəri ərazisindən İsrail istiqamətində 8 raket buraxıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, onların bəziləri hava hücumundan müdafiə sistemi tərəfindən tutulub:
“İsrailin mərkəzində səslənən sirenlərin ardınca Rafah bölgəsindən İsrail ərazisinə doğru 8 raket atılıb. Bir neçəsi hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilib”.
“Kan” radiostansiyası qeyd edir ki, son dörd ayda ilk dəfə olaraq ölkənin mərkəzi hissəsində hava hücumu xəbərdarlığı elan edilib.
HƏMAS hərəkatının silahlı qanadı olan “İzzəddin əl-Qəssam Briqadaları” Təl-Əvivə raket zərbəsi endirməyə cəhd etdiyini iddia edib:
““İzzəddin əl-Qəssam Briqadaları” İsrailin mülki şəxslərə qarşı təcavüzünə cavab olaraq Təl-Əvivə raket hücumu həyata keçirib”.
Tətbiqimizi yükləyə bilərsiniz