
İtaliya “Napoli”si yayda baş məşqçi postunda 55 yaşlı italiyalı Françesko Kalzonanı əvəz edəcək italiyalı Antonio Konte ilə anlaşıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Nikola Şira məlumat yayıb.
O bildirib ki, Neapolitan klubu Antonio Konte ilə 3 illik müqavilə imzalayacaq.
“Onun illik maaşı 6,5 milyon avro olacaq. O, Çempionlar Liqasına vəsiqə qazandığı halda 2 milyon avro mükafat alacaq”, - jurnalist “X” səhifəsində yazıb.
Qeyd edək ki, 54 yaşlı Konte 2023-cü ilin mart ayında London “Tottenhem”indən ayrılıb və o vaxtdan işsizdir. O, indiyədək həmçinin “Arezzo”, “Bari”, “Atalanta”, “Siena”, “Yuventus”, “İnter”, “Çelsi” və İtaliya millisinə rəhbərlik edib.
Tətbiqimizi yükləyə bilərsiniz