
2023-cü ilin oktyabrında İsrail hərbi əməliyyatlarının başlamasından bu yana Qəzza zolağında 36 minə yaxın insan həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ötən ilin oktyabr ayının əvvəlindən indiyədək 35 min 984 fələstinli Qəzzada İsrail təcavüzünün qurbanı olub, daha 80 min 643 fələstinli isə yaralanıb.
Qeyd olunub ki, son 24 saat ərzində Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail qüvvələrinin Qəzza zolağının müxtəlif ərazilərinə hücumları nəticəsində 81 fələstinli həlak olub, 223 nəfər yaralanıb.