
İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində gecə reydləri zamanı terrorla əlaqədə şübhəli bilinən 7 nəfəri saxlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə təhlükəsizlik qüvvələri Cenin şəhərində basdırılmış minaları zərərsizləşdirən zaman baş verib:
“Əməliyyat zamanı terrorçular hərbçilərə atəş açıb, onlar atəşlə cavab veriblər”.
Qeyd olunub ki, saxlanılanların hamısı əlavə araşdırmaların aparılması üçün təhlükəsizlik xidmətlərinə təhvil verilib. Mətbuat xidmətinin məlumatına görə, reydlər zamanı İsrail tərəfdən itkilər barədə məlumat daxil olmayıb.