
Ermənistan İstintaq Komitəsi şərab və konyak fabrikinin sahiblərinin və mühasibinin saxlanıldığını açıqlayıb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, saxlanılan şəxslər hökumətə qarşı son etiraz aksiyalarının təşkilatçısı olan arxiyepiskop Baqrat Qalstanyana yaxın şəxslər olub.
Bundan əvvəl “Vətən üçün Tavuş” hərəkatının təşkilatçılarından biri olan Baqrat Qalstanyan jurnalistlərə bildirib ki, ona yaxın şəxs olan Hayk Şahnazaryan saxlanılıb.
İstintaq Komitəsinin cinayət işinin materiallarına istinadən verdiyi məlumata görə, zavodun baş direktoru və faktiki rəhbəri (Samvel və Hayk Şahnazaryanlar), eləcə də zavodun baş mühasibi təqribən 88,2 milyon dram (təxminən 225 min dollar) vergi ödəməkdən yayınmaq üçün müəssisənin hesabatını təhrif ediblər. Onlar həmçinin qanunsuz əldə edilmiş əmlakın leqallaşdırılmasında (yuyulmasında) ittiham olunurlar.
Hər üç şəxsə qarşı Cinayət Məcəlləsinin 290-cı (vergidən yayınma) və 296-cı (çirkli pulların yuyulması) maddələri ilə cinayət işi qaldırılıb. Həmin şəxslərin mənzillərində axtarışlar aparılıb.
Tətbiqimizi yükləyə bilərsiniz