
Azərbaycanda banklar və “Azərpoçt” MMC sistemləri üzrə aprel ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 255 min ədəd artaraq 17 milyon 676 min ədəd olub.
Yeniavaz.com xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 22,2% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 22,9%, kredit kartları üzrə 17,5% təşkil edib.
Aprel ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə artıb. 2024-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,147 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 5,149 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 990 milyon manatı POS-terminallar, 8 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib.
Ötən ilin aprel ayının sonu ilə müqayisədə bankomatların sayı 3,2%, POS-terminalların sayı 17,4% artıb.
Tətbiqimizi yükləyə bilərsiniz