Problemli kreditlərin həcmi azalıb


Bu ilin aprel ayında bankların kredit portfeli 2,2% və ya 541,8 milyon manat artaraq 24 milyard 644,5 milyon manat olub.
Yeniavaz.com
xəbər verir ki, kredit portfelinin strukturunda biznes kreditləri  54,7% (13 milyard 476,4 milyon manat), istehlak kreditləri 29,7% (7 milyard 327 milyon manat) və ipoteka kreditləri 15,6% (3 milyard 841,1 milyon manat) olub.
Aprel ayında bankların biznes, istehlak və ipoteka portfeli müvafiq olaraq 274,8 milyon manat (2,1%), 185 milyon manat (2,6%) və 82 milyon manat (2,2%) artıb.
Cəmi kredit portfelində vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1 faiz bəndi azalaraq 1,8% təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top